İngiltərə Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilən “Mançester Yunayted” – “Arsenal” matçı həm “Qırmızı şeytanlar”, həm də klubun portuqaliyalı forvardı Kriştiano Ronaldo üçün əlamətdar sonluqla bitib.
Xezerxeber.az xarici KİV-ə istinadla xəbər verir ki, “Old Trafford”da baş tutan həmin oyunda “Mançester Yunayted” 3:2 hesabı ilə qalib gəlib. Bu qələbədə ən çox pay sahibi Kriştiano Ronaldo olub. Hesab 1:2 “Topçular”ın xeyrinə olduğu zaman Ronaldo sözünü deyə bilib. Matçın 52-ci dəqiqəsində Markus Reşfordun ötürməsini qola çevirərək hesabda bərabərlik yaradan Ronaldo 72-ci dəqiqədə penalti zərbəsi ilə dubl etməklə “Mançester Yunayted”ə qələbə qazandırıb.
Həmçinin portuqaliyalı forvard “Mançester Yunayted”in heyətində 130-cu, karyerasında isə 800 və 801-ci qolunu vurub. Bu göstərici ilə Ronaldo peşəkar futbol tarixində birinci olub.