UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün ən yaxşı futbolçulardan ibarət rəmzi komandasını açıqlayıb.
Xezerxeber.az UEFA-nın "Twitter” səhifəsinə istinadən xəbər verir ki, siyahıda 23 futbolçunun adı yer alıb.
Rəmzi komanda da qapıçı mövqeyində Samir Handanoviç ("İnter”), Yassin Bunu ("Sevilya”) və İnqvar Yonsson ("Kopenhagen”) qərarlaşıblar. Müdafiəçilərdən Serxio Reqilon, Xesus Navas, Jyul Kunde (hamısı "Sevilya”), Stefan De Vrey ("İnter”), Konor Kodi ("Vulverhempton”), Conatan Ta ("Bayer”), yarımmüdafiəçilərdən isə Brunu Fernandeş, Fred (hər ikisi "Mançester Yunayted”), Ever Baneqa ("Sevilya”), Kay Havertz ("Bayer”), Tayson ("Şaxtyor”), Nikolo Barella, Marselo Brozoviç (hər ikisi "İnter”) və Fabian Fray ("Bazel”) siyahıda yer alıblar. Hücumçulardan isə Romelu Lukaku, Lautaro Martines (hər ikisi "İnter”), Markus Raşford ("Mançester Yunayted”), Lukas Okampos, Munir və Lyuk De Yonq (hamısı "Sevilya”) fərqləniblər.
Qeyd edək ki, UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qalibi "Sevilya” olub.