"Liverpul"un baş məşqçisi Yurqen Klopp pandemiya dövrünün oyunçularla müqavilə imzalamağı çətinləşdirdiyini dilə gətirib.
Bu barədə Yurqen Klopp açıqlamalar verib.
"Pandemiya dövründə transfer etmədən öncə azı 5 dəfə düşünmək lazımdır, çünki kimsə koronavirusdan sonra nə baş verəcəyini bilmir".
"Hər zaman maliyyə aspektinə də diqqət yetirməliyik. Çünki nə qədər pulumuz olacağını tam olaraq bilmirik. "Çelsi"yə baxanda görürük ki, kimsə bu məsələ ilə yaxşı maraqlanır", - deyə "Liverpul"un baş məşqçisi bildirib.
"Hazırda çox maraqlı oyunçular var, amma heç olmasa biri bizim üçün maraqlıdırmı, onu deyə bilmərəm. Hazırda komandadan tam razıyam. Transferlə bağlı bir şey baş versə, görəcəyik nələr olur"./Offsideplus.az