Xəzər Xəbər

Qarabağ” Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə vəsiqə qazanıb

İdman | 21:57 • 26 Avqust 2020
Qarabağ” Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə vəsiqə qazanıb

UEFA Çempionlar Liqasının II seçmə mərhələsi çərçivəsində keçirilən "Qarabağ” - "Şerif” (Moldova) oyunu başa çatıb.
Xezerxeber.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş "Qarabağ” klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Ağdam təmsilçisinin növbəti mərhələdə potensial rəqibi "Seltik” (Şotlandiya), "Dinamo” (Zaqreb, Xorvatiya), "Ludoqorets” (Bolqarıstan), "Yanq Boyz” (İsveçrə) və "Srvena Zvezda” (Serbiya) klublarından biri olacaq.
Qeyd edək ki, "Qarabağ” klubu indiyədək "Şerif” ilə beş dəfə üz-üzə gəlib.
Ağdamlılar UEFA Çempionlar Liqasının 2020-2021-ci il mövsümünün I təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks” klubunu (4:0), "Şerif” isə Lüksemburqun "Fola Eş” komandasını məğlub edib (2:0).


Xəbər lenti

Çox oxunanlar