"Barselona"nın Lionel Messinin klubdan ayrılmaq istədiyini açıqladıqdan sonra futbolçunun karyerasını harda davam etdirəcəyi ilə bağlı müxtəlif iddialar yayılır.
Ulduz futbolçunun müqaviləsindəki sərbəstqalma məbləği 700 milyon avro olsa da, onun ayrılmaq istəyi məbləğin 7 dəfə azalmasına səbəb olub.
İspaniyanın AS nəşri "Barselona" rəhbərliyinin argentinalı forvardı 100 milyon avroya satacağını bildirib.
Gecə saatlarında RAC 1 radiosu isə son qiymətin 222 milyon avro olduğunu açıqlayıb./Offsideplus.az