"Fənərbaxça" növbəti transferini bitirib.
İstanbul təmsilçisi Meksikanın "Tiqres" klubundan ayrılan ekvadorlu vinger Enner Valensiya ilə anlaşıb.
30 yaşlı futbolçu bu gün Türkiyəyə gəlib, tibbi müayinədən keçəcək. Valensiya ilə 2 illik müqavilə imzalanacaq.
Ekvador millisinin üzvü ötən mövsüm "Tiqres"də keçirdiyi 29 oyunda 2 qol vurub, 5 məhsuldar ötürmə edib. Valensiya İngiltərənin "Vest Hem" və "Everton" klublarında da çıxış edib.