"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında (ÇL) növbəti oyununu keçirəcək.
XəzərXəbər xəbər verir ki, Ağdam klubu II təsnifat mərhələsində Bakıda Moldova çempionu "Şerif"i qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da start götürəcək matçı ukraynalı FIFA referisi Mikola Balakin idarə edəcək.
Bu, komandaların avrokuboklarda 5-ci dueli olacaq. Daha əvvəl 2017/2018 mövsümündə Çempionlar Liqasında, 2018/2019 mövsümündə isə Avropa Liqasında Tiraspol təmsilçisi ilə üz-üzə gəlmiş Azərbaycan çempionu hər iki halda rəqibini məğlub edərək növbəti mərhələyə adlayıb.
Cütün qalibi yoluna ÇL-in III təsnifat mərhələsində davam edəcək. Məğlub olan tərəf isə Avropa Liqasının III raundunda mübarizə aparacaq.
Qeyd edək ki, "Qarabağ" I təsnifat mərhələsində Şimali Makedoniya "Sileksi"nə 4:0 hesabı ilə qalib gəlib.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi
26 avqust
20:00. "Qarabağ" (Azərbaycan) – "Şerif" (Moldova)
Hakimlər: Mikola Balakin, Viktor Matyaş, Sergey Pristupa, Andrey Kovalenko (hamısı Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu