"Çelsi" Hakim Ziyeç və Timo Vernerdən sonra daha iki nəhəng oyunçunu heyətinə qatır.
"Çelsi" Kay Havertz və Tiaqo Silvanın transferini yekunlaşdırıb. Premyer Liqa klubunun Kay Havertz üçün "Bayern Leverkuzen"ə 90 milyon avroya yaxın məbləğ ödədiyi bildirilir. Ötən günlərdə PSJ formasında son matçına çıxan Tiaqo Silva isə "Çelsi" ilə 2 illik müqavilə imzalayıb.
"Çelsi"nin hər iki transferi iki həftə ərzində rəsmi olaraq təsdiqləyəcəyi gözlənilir./Offsideplus.az