UEFA Çempionlar Liqasının II təsnifat məhələsində keçiriləcək "Qarabağ" - "Şerif" (Moldova) matçının hakimləri dəyişdirilib.
Qarşılaşma Ukraynadan olan hakimlər briqadasına tapşırılıb. Əsas referi Mikola Balakinə həmyerliləri Viktor Matyaş və Sergey Pristupa yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə Andrey Kovalenko yerinə yetirəcək.
UEFA daha əvvəl bu qarşılaşmanı Qazaxıstandan olan hakimlərə həvalə edib. Görüşün baş hakimi Furkat Atajanov olmalı idi.
Qeyd edək ki, avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Şerif" matçı saat 20:00-da başlayacaq.
Xatırladaq ki, "Qarabağ"ın I təsnifat mərhələsində Şimali Makedoniya "Sileksi"ni 4:0 hesabı ilə məğlub etdiyi matçı ukraynalı Yaroslav Kozık idarə edib.