Xəzər Xəbər

Ronaldinyo ev dustaqlığından azad edildi

İdman | 10:56 • 25 Avqust 2020
Ronaldinyo ev dustaqlığından azad edildi

Braziliya futbol yığmasının keçmiş yarımmüdafiəçisi Ronaldinyo və qardaşı Roberto de Assis Moreyra Paraqvay məhkəməsinin qərarı ilə sərbəst buraxılıb. 


"RİA Novosti" xəbər verir ki, bu barədə France-Press agentliyi məlumat yayıb. 


Məhkəmə qərarına əsasən, Ronaldinyo 90 min dollar, qardaşı Roberto de Assis Moreyra isə 110 min dollar cərimə ödəməlidir.


Eyni zamanda eks dünya çempionu 1 il ərzində və onun qardaşı isə 2 il ərzində hər 3 aydan bir məhkəməyə gəlməlidir.


Futbolçunun harasa getməsində heç bir problem olmayacaq, lakin o, bu barədə məhkəməyə məlumat verməlidir./report

Xəbər lenti

Çox oxunanlar