"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının bu il verilməsi üçün petisiya başlayıb.
XəzərXəbər xəbər verir ki, petisiyanı "Bleacher Report"un müxbirləri yaradıb və hazırda 140 mindən çox insan imzalayıb.
Qeyd edək ki, "France Football" nəşri koronavirus pandemiyasına görə yaranmış problem ucbatından mükafatın bu il heç bir oyunçuya verilməyəcəyini açıqlayıb. "Barselona"nın kapitanı Lionel Messi 2019-cu ildə 6-cı dəfə "Qızıl top" mükafatına layiq görülüb. 1956-cı ildən təşkil olunan mərasim ilk dəfə baş tutmayacaq.