"Milan" müqaviləsi başa çatan Zlatan İbrahimoviçlə anlaşa bilməyib.
İsveçli futbolçu ilə klub arasında danışıqlar uzanır və tərəflər müqaviləni razılaşdıra bilmirlər. İddialara görə, Zlatan "qırımızı-qaralar"dan illik 6 milyon avro maaş istəyib.
"Milan" bazar ertəsi yeni mövsümün hazırlığına başlayacaq. 39 yaşlı hücumçu komandanın düşərgəsinə hələ ki qatılmayacaq.
İbrahimoviç ötən mövsüm "Milan"da keçirdiyi 20 oyunda 11 qol vurub, 5 məhsuldar ötürmə edib.