Ötən mövsümün qış fasiləsində adı "Qarabağ"la hallanan Alper Potuk "Fənərbaxça"dan ayrılıb.
29 yaşlı futbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Alper 2013-cü ildən İstanbul klubunda çıxış edirdi. Türkiyə millisinin keçmiş üzvü son 2 mövsüm Super Liqada 13 oyun keçirib.