Xəzər Xəbər

Kumandan Koutinyo açıqlaması

İdman | 15:42 • 22 Avqust 2020
Kumandan Koutinyo açıqlaması

"Barselona"nın baş məşqçisi Ronald Kuman "Bayern"lə icarə müqaviləsi başa çatmaq üzrə olan Filippe Koutinyonun gələcəyi barədə danışıb.


 


Niderlandlı mütəxəssis braziliyalı yarımmüdafiəçinin Kataloniya klubundakı gələcəyinin müəyyən olmadığını bildirib:


 


"Koutiniyonun "Barsa"dakı gələcəyi qeyri-müəyyəndir. O, müqavilə ilə bizə məxsusdur, ancaq necə olacağını bilmirik. Lazım olan qərarları tezliklə verməliyik".


 


Katalonlar 28 yaşlı futbolçunu 2018-ci ilin yanvarında "Liverpul"dan 145 milyon avroya transfer etmişdi. Braziliya millisinin üzvü 2019-cu ilin yayında "Bayern"ə icarəyə verilib.

Xəbər lenti

Çox oxunanlar