"Barselona"nın yeni baş məşqçisi Ronald Kuman yeni heyəti formalaşdırmağa çalışır.
Niderlandlı mütəxəssisin transfer etmək istədiyi ilk futbolçu həmyerlisi olub.
Kataloniyanın RAC1 radiosu həmin futbolçunun "Lion"nun ulduzu Memfis Depay olduğunu açıqlayıb.
Kuman Niderland milli komandasında 26 yaşlı oyunçu ilə birgə çalışıb.
Qeyd edək ki, mövsümün əvvəlində ciddi zədələnən Memfis Depay meydana çıxdığı 22 oyunda, 15 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.