İstanbul klubu "Fənərbağça" növbəti trasferini həyata keçirib.
XəzərXəbər klubun rəsmi saytına istinadən xəbər verir ki, Superliqa təmsilçisi "Trabzonspor"la olan müqaviləsinin müddəti başa çatan Xose Ernesto Sosanı heyətinə qatıb.
İstanbul nəhəngi argentinalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 35 yaşlı futbolçu Türkiyədə "Beşiktaş"ın da formasını geyinib.