"San-Paulu"nun hücumçusu Aleşandre Pato Braziliya klubunu tərk etdiyini bildirib.
Məşhur forvard "Twitter"də belə yazıb:
"Bu gün karyeramın önəmli mərhələrindən biri sona çatır. "San-Paulu"ya 17 ay sürən iş birliyinə, dəstəyə və peşəkarlığa görə təşəkkür edirəm. Azarkeşlərə və komanda yoldaşlarıma minnətdaram. Mənim üçün "San-Paulu"nun formasını geyinmək şərəf idi".
Qeyd edək ki, Pato daha öncə Avropaya qayıtmaq planlarını açıqlamışdı.
Fanat.Az