"Lester"də sərgilədiyi performansla diqqətləri üzərinə çəkən Çağlar Söyüncü "Barselona"dan sonra PSJ-nin də transfer siyahısına düşüb.
"Ajansspor" xəbər verir ki, Türkiyə millisinin üzvünü heyətinə qatmaq istəyən Paris təmsilçisi yaxın günlərdə rəsmi təkliflə ingilislərə müraciət edəcək. İddiaya görə, PSJ Çağlar Söyüncü üçün "Lester"ə 65-70 milyon avroluq təklif göndərəcək.
Qeyd edək ki, 24 yaşlı stoper ötən mövsüm "Lester"in heyətində 42 rəsmi oyuna çıxaraq 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Fanat.Az