İngiltərənin "Arsenal” klubu daha bir braziliyalı futbolçunun transferini tamamlamaq üzrədir.
"Metro” xəbər verir ki, sərbəst futbolçu kimi braziliyalı Vilianı heyətinə qatan "Arsenal” "Lill”in 22 yaşlı mərkəz müdafiəçisi Qabriel dos Santos Maqalyaynsla müqavilə bağlamağa yaxındır.
Futbolçu artıq Londona tibbi baxışdan keçmək üçün gəlib. Onu İtaliyanın "Napoli” klubu da istəsə də, futbolçunun özü İngiltərə Premyer Liqasında oynamaq istəyib.
"Arsenal”ın baş məşqçisi Mikel Artetanın onu ötən mövsüm "Sent-Etyen”də icarə əsasında oynamış 19 yaşlı Kamerun əsilli fransalı Vilyam Saliba ilə birgə oynatmaq istədiyi bildirilir. Qabriellə beş illik müqavilə bağlanacağı gözlənilir.
London klubu Madrid "Atletiko”sundan qanalı dayaq yarımmüdafiəçisi Tomas Parti, "Ayaks”dan hücumçu Kvinsi Promesi, hazırda "Bayern”də icarə əsasında çıxış edən, amma müqavilə ilə "Barselona”ya məxsus olan braziliyalı Filippo Koutinyonu da transfer etmək istəyir.
Qeyd edək ki, "Arsenal”ı bu yay transfer dönəmində almaniyalı Məsut Özil, fransalı Mateö Qenduzi, Kalum Çambers, yunanıstanlı Sokratis Papastatopulos, Rob Holdinq və Eynsli Meytlənd-Naylzın tərk edəcəyi gözlənilir.