Xəzər Xəbər

"Mourinyo məni işgəncədən xilas elədi" - Luka Modriç

İdman | 17:25 • 19 Avqust 2020
"Mourinyo məni işgəncədən xilas elədi" - Luka Modriç

Luka Modriç "Real Madrid”ə transferi əsnasında Joze Mourinyonun böyük rolu olduğunu bildirib.


"Real Madrid”in 34 yaşlı mərkəz müdafiəçisi Luka Modriç karyerasında Mourinyonun önəmli təsirləri olduğunu deyib. Oyunçu 2012-ci ildə 35 milyon avro qarşılığında "Tottenhem”dən "Real Madrid”ə transfer edilmişdi.


Luka Modriç "My Biography” adlı avto-bioqrafiyasında qeyd edib ki, o dönəmlərdə "Tottenhem”in prezidenti Daniel Levi daim çətinliklər törədir və transferi bir növ işgəncəyə çevirirdi:


"Transfer dönəmi çox çətin oldu. Karyeram boyunca həmişə peşəkar olmuşam. İndi dönüb geri baxanda Daniel Levinin sözünün üstündə durmasını təmin etmək üçün bir imkanımın olmadığını anlayıram. Nə zaman ona "Verdiyiniz sözlərin axırı nə olacaq?”, - deyə soruşsam, həmişə "Həll edəcəyik”, - deyə cavab verərdi. Sonra isə transfer görüşlərinin baş tutmaması üçün bəhanələr uydurardı”.


"Təmsilçilərim məni hər şeydən xəbərdar edirdi. Həmçinin o zaman komandanın başında olan baş məşqçi Joze Mourinyo da. Levi onları dəli edirdi. Razılaşma əldə edilən vaxt başqa bir şey daha tələb edib vaxtı uzadardı.


Çox əsəbləşmişdim, yoldaşım və ailəm də mənim üçün narahat olurdular. Təmsilçilərim iki dəfə mənə zəng edib, transferin bitdiyini və Madridə gedəcəyimi dedi. Mən də hazırlaşıb hava limanına gedəndə dedilər ki, bir problem çıxıb və razılaşmanın vaxtı uzadılıb. Bu hadisə ikinci dəfə yaşandığında artıq səbrim tükənmişdi. Levi heç ədalətli deyildi, bütün bunlar işgəncə kimi idi”.


"Razılaşma bu cür irəliləyərkən qorxdum ki, "Real Madrid” tərəfi transferdən imtina edər. Elə bu anda Mourinyo işə qarışdı. Məni "Real Madrid”ə gətirməyə qərarlı idi, klubun menecerləri bu vəziyyətdən bezsələr də Mourinyo israr etdi. Birbaşa özü Leviyə zəng elədi və onu razı saldı. Mourinyo məni bu işgəncədən xilas elədi”.

Xəbər lenti

Çox oxunanlar