Xəzər Xəbər

"Qarabağ" "Fənərbağça"nı geridə qoydu

İdman | 12:58 • 19 Avqust 2020
"Qarabağ" "Fənərbağça"nı geridə qoydu

Avrokubokların dünən baş tutan təsnifat mərhələsi oyunlarından sonra klubların UEFA reytinqində dəyişiklər olub.


Çempionlar Liqasında "Sileksi" mübarizədən kənarlaşdıran Azərbaycanın ən yaxşı təmsilçisi "Qarabağ” reytinqdə irəliləyib.


Ağdam klubu Türkiyə təmsilçisi "Fənərbağça” ilə yerini dəyişərək, onu geridə qoyub. Qurban Qurbanovun yetirmələrinin son 5 mövsümün nəticəsinə əsasən hesabı 20,000-a çatıb. Təmsilçimiz hazırda "Feyenoord” (Niderland) və "Styaua” (Rumıniya) ilə 64-66-cı yerləri bölüşür.


Qeyd edək ki, siyahıda  "Qəbələ” 177-187-ci pillərdə, "Neftçi” üçüncü "yüzlükdə qərarlaşıb. "Flaqman" 221-227-ci pillələrə şərikdir. Digər klublarımız isə "300-lük”dən kənarda qalıb.

Xəbər lenti