Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq.
Bununla da digər finalçının adına aydınlıq gələcək.
Həlledici oyuna sonuncu vəsiqə uğrunda Almaniya "Bavariya"sı ilə Fransa "Lion"u qarşı-qarşıya gələcək.
Portuqaliyanın paytaxtı Lissabondakı "Eştadiu Joze Alvalade" stadionunda keçiriləcək oyunu ispaniyalı referi Antonio Migel Mateu Laos idarə edəcək.
Fransa klubunda malili müdafiəçi Yussuf Kone zədə səbəbindən oynaya bilməyəcək. Münhenlilərin heyətində isə itki yoxdur.
UEFA Çempionlar Liqası
Yarımfinal
23:00. "Lion" (Fransa) - "Bavariya" (Almaniya)
Baş hakim: Antonio Migel Mateu Laos
Portuqaliya, Lissabon. "Eştadiu Joze Alvalade" stadionu
Qeyd edək ki, bu cütün qalibi finalda PSJ ilə qarşılaşacaq. PSJ yarımfinalda Almaniya "Leyptsiq"ini darmadağın edib - 3:0. Həlledici oyun avqustun 23-də olacaq.