"Barselona”nın yeni baş məşqçisi olacağı gözlənilən Ronald Kuman açıqlama verib.
57 yaşlı mütəxəssis məlumatları təsdiq edib: "Barselona"nı çalışdırmaq istəyirəm və bunu gizlətmək fikrim yoxdur. Ancaq rəsmi müqavilə imzalanmayıb. Buna görə də danışmağım doğru olmaz".
Niderland millisinin baş məşqçisi istefaya göndərilən Kike Setyeni əvəz edib. Onunla 2 illik anlaşma əldə edilib. Rəsmi açıqlama bu gün elan olunacaq. Təcrübəli mütəxəssisin Niderland millisindən ayrılacağı gözlənilir.
Kuman 1989-1995-ci illərdə "Barselona”da çıxış edib. O, 2018-ci ildən Niderland yığmasını çalışdırır.