Xəzər Xəbər

Ter Şteqen əməliyyat edilir - uzun müddət oynamayacaq

İdman | 16:11 • 18 Avqust 2020
Ter Şteqen əməliyyat edilir - uzun müddət oynamayacaq

"Barselona”nın qapıçısı Mark-Andre Ter Şteqen əməliyyat ediləcək.


 


XəzərXəbər klubun saytına istinadla xəbər verir ki, katalonların üzvü dizindən əməliyyat ediləcək. "Marca"nın məlumatına görə, 28 yaşlı əlcək sahibi 3-4 ay yaşıl meydanlardan kənar qalacaq.


 


Almaniyalı qapıçı ötən mövsüm keçirdiyi 46 oyunda 50 top buraxıb, 17 qarşılaşmada isə qapısını toxunulmaz saxlayıb.

Xəbər lenti