"Ayaks" "Barselona"da çıxış edən keçmiş futbolçusu Luis Suaresi transfer etmək üçün hərəkətə keçib.
"Voetbal International" nəşri xəbər verir ki, Amsterdam təmsilçisinin idman direktoru Mark Overmars uruqvaylı hücumçunu komandaya qaytarmaq üçün danışıqlara başlayıb.
33 yaşlı futbolçunun katalonlara müqaviləsi 2021-ci ilin iyunun 30-da bitəcək. Bu səbəbdən Niderland təmsilçisi transfer üçün elə də böyük məbləğ sərf etməyə bilər.
Suares daha öncə 2007-2011-ci illərdə "Ayaks"da çıxış edib. O, ötən mövsüm keçirdiyi 36 oyunda 21 qol vurub, 12 məhsuldar ötürmə edib.