Xəzər Xəbər

İlk finalçı bu gün bəlli olacaq "Leyptsiq" yoxsa PSJ?

İdman | 11:52 • 18 Avqust 2020
İlk finalçı bu gün bəlli olacaq

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək.

İlk oyun günündə 1 qarşılaşma baş tutacaq.

1/4 finalda İspaniya "Atletiko"sunu mübarizədən kənarlaşdırmaqla böyük sürprizə imza atan Almaniya"Leyptsiq"i bu dəfə Fransa çempionu PSJ ilə üz-üzə gələcək.

Portuqaliyanın paytaxtı Lissabondakı "Eştadiu da Luş" stadionunda keçiriləcək matçı niderlandlı FIFA referisi Byörn Kuypers idarə edəcək.

Vacib oyun öncəsi maraqlı məqam diqqəti cəlb edir. Hazırda "Leyptsiq"ə rəhbərlik edən Yulian Nagelsmanın məşqçiliyə başlamasındaPSJ-nin baş məşqçisi Tomas Tuhelin böyük rolu olub.

2008-ci ildə Tuhel Almaniya "Auqsburq"unun əvəzedici komandasının sükanı arxasında olarkənNagelsman həmin kollektivin üzvü idi. Mərkəz müdafiəçisi kimi çıxış edən veteran futbolçu 20 yaşında çoxsaylı zədələr səbəbindən karyerasını başa vurmalı olub. Buna baxmayaraq, 46 yaşlı mütəxəssis onunfutboldan ayrı düşməsinə imkan verməyib. Eyni səbəbdən 25 yaşında futbolla vidalaşan Tuhel həmyerlisini seleksiyaçı-məşqçi kimi komandasına cəlb edibvə rəqiblərianaliz etmək vəzifəsini ona tapşırıb.

Nagelsman həmin hadisəni bu cür xatırlayır: "Auqsburq"la müqaviləm davam edirdi. Bu səbəbdən,Tomas mənə yaxınlaşdı və "Sən məşqçi olacaqsan" dedi. Onsuz də klub mənə pul ödəyirdi. Mən də əvəzində onun üçün rəqibləri analiz etməyə başladım. Əlbəttə, mənə bu ideyanı verdiyi üçün ona minnətdaram. Tuhelin sayəsində "Münhen 1860" klubunun U-17 komandasında keçmiş baş məşqçim Aleksandr Şmidtin köməkçisi oldum".

Tuhel isə deyib ki, 12 ildən sonra Nagelsmanla baş məşqçi kimi Çempionlar Liqasının yarımfinalında üz-üzə gəlməyi təsəvvür belə, etməyib: "Həmin vaxt "Auqsburq"da işçi çatışmazlığı var idi. Yulian zədəli olduğu üçün ondan bizim üçün kəşfiyyat aparmasını xahiş etdik. Bundan sonra "Münhen 1860" komandasına məşqçi təyin olundu. Həyatımda heç vaxt gələcəyə dair proqnoz vermirəm. Ona görə də nə vaxtsa Yulianla qarşılaşacağımı düşünməmişdim. Hazırda PSJ-dəyəm. Bu, müstəsna haldır. Hətta deyərdim ki, hədiyyədir. Çempionlar Liqasının yarımfinalında Yuliana qarşı oynamaq inanılmazdır".

Vaxtilə Tuhelin yanında məşqçiliyin sirlərini öyrənən 33 yaşlı Nagelsmanın bu gün ona rəqib olacaq.Bu mənada "Leyptsiq" - PSJ qarşılaşmasını tələbə - müəllim dueli kimi də qiymətləndirmək olar.

Qeyd edək ki, bu cütün qalibi finalda "Lion" (Fransa) - "Bavariya" (Almaniya) duelinin güclüsü ilə qarşılaşacaq. Həlledici oyun avqustun 23-də keçiriləcək.

UEFA Çempionlar Liqası

Yarımfinaı

23:00. "Leyptsiq" (Almaniya) - PSJ (Fransa)

Baş hakim: Byörn Kuypers

Portuqaliya, Lissabon. "Eştadiu da Luş" stadionu


Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar