İngiltərə millisinin keçmiş qapıçısı Co Hartın yeni klubu müəyyənləşib.
"Sky Sports" xəbər verir ki, "Börnli"dən ayrılan 33 yaşlı qolkiper Premyer Liqanın digər təmsilçisi "Tottenhem"lə razılığa gəlib. London təmsilçisi yeni transferi tezliklə açıqlayacaq.
Hart "Mançester Siti", "Birmingem", "Torino" və "Vest Hem" kimi klublarda çıxış edib. O, 2018-ci ildə "Börnli"yə keçib. Təcrübəli qapıçı İngiltərə millisində 75 oyuna çıxıb.