UEFA Çempionlar Liqasında həftənin futbolçusu açıqlanıb.
Bu ada Fransanın PSJ klubunun futbolçusu Neymar layiq görülüb. 28 yaşlı hücumçu İtaliya "Atalanta"sını 2:1 hesabı ilə məğlub etdikləri matçın ən yaxşısı hesab olunub.
O, azarkeşlərin səsverməsində Almaniya "Leyptsiq"inin müdafiəçisi Dayot Upamekano, "Bavariya"nın forvardı Tomas Müller və "Lion"un ön xətt oyunçusu Mussa Dembeleni qabaqlayıb.
Qeyd edək ki, Çempionlar Liqasının yarımfinalında "Leyptsiq" - PSJ və "Lion" - "Bavariya" görüşləri keçiriləcək.