İtaliyanın "Milan” klubu İngiltərənin "Tottenhem” komandasında çıxış edən Serj Oryeni heyətinə cəlb etmək niyyətindədir.
Xarici KİV-lər xəbər verir ki, "rossonerilər” 28 yaşlı müdafiəçi üçün London təmsilçisinə 13 milyon funt sterlinq ödəməyə hazırdır. Lakin qarşı tərəf afrikalı oyunçu üçün 20 milyon tələb edir.
Qeyd edək ki, S.Orye 2017-ci ildən "Tottenhem”də çıxış edir. Futbolçu cari mövsüm 42 oyunda meydana çıxıb, 2 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.