İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi hələ ki, komandadakı gələcəyini düşünməyib.
"Marca" xəbər verir ki, 33 yaşlı argentinalı hücumçunun karyerası ilə bağlı 3 seşimi var.
Birinci seçim təcrübəli forvardın hazırkı müqaviləsinin ləğv olunmasıdır. Klubun prezidenti Xosep Bartomeu Messinin ayrılmaması üçün hər şeyi etməyə hazırdır, çünki belə olacağı təqdirdə, funksioner Kataloniya təmsilçisinin tarixinə mənfi klub rəhbəri kimi düşəcək.
İkinsi seçim hücumçunun müqaviləsi bitənə qədər "Barselona"da qalmasıdır. O, bu səbəbdən yanvardan etibarən digər klublarla danışıqlar apara biləcək. Rəhbərlik bu variantla da razılaşmaq istəmir.
Üçüncü seçim isə ulduz futbolçunun müqaviləsinin yenilənməsidir. Messi komandada baş verənlərlə bağlı rəhbərlikdən reaksiya gözləyir. Onun klubla sözləşməni yeniləmək ehtimalı da var, amma hazırda belə istəyi yoxdur.
Qeyd edək ki, "Barselona" UEFA Çempionlar Liqasının 1/4 finalında Almaniya "Bavariya"sına 2:8 hesabı ilə uduzub. Messinin klubla müqaviləsi 2021-ci ilin yayında başa çatır. /report