Almaniyanın "Fortuna" klubunun futbolçusu Kaan Ayhan karyerasını İtaliyada davam etdirəcək.
A Seriya təmsilçisi "Sassuolo" 2-ci Bundesliqaya düşən klubun futbolçusu ilə 4 illik müqavilə imzalayıb. Bu keçid "yaşıl-qaralar"a 2 milyon avroya başa gəlib. Ayhan yeni klubunda illik 850 min avro maaş alacaq.
25 yaşlı müdafiəçi ötən mövsüm Bundesliqada keçirdiyi 31 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib. Türkiyə millisinin üzvü 2016-cı ildə 500 min avroya "Şalke"də Düsseldorf təmsilçisinə keçmişdi.