Futbol üzrə Niderland millisinin baş məşqçisi Ronald Kuman İspaniya "Barselona"sına rəhbərlik etməyə yaxındır.
"El Mundo Deportivo" nəşri xəbər verir ki, Kataloniya təmsilçisi ilə 57 yaşlı mütəxəssis arasında danışıqlar son mərhələdədir. Tərəflər razılığa gəlmək üzrədir.
Niderlandlı baş məşqçinin "Barselona" ilə iki illik müqavilə imzalayacağı iddia olunur.
Qeyd edək ki, "Barselona"nın prezidenti Xosep Bartomeu baş məşqçi Kike Setyenlə vidalaşdıqlarını açıqlayıb. Komanda UEFA Çempionlar Liqasının 1/4 finalında Almaniya "Bavariya"sına 2:8 hesabı ilə uduzub.