Xəzər Xəbər

Avropa Liqası: Bu gün növbəti finalçı müəyyənləşəcək

İdman | 12:15 • 17 Avqust 2020
Avropa Liqası: Bu gün növbəti finalçı müəyyənləşəcək

Bu gün UEFA Avropa Liqasında növbəti yarımfinal görüşü keçiriləcək. 


Almaniyanın Düsseldorf şəhərindəki eyniadlı arenada İtaliya "İnter"i ilə Ukrayna "Şaxtyor"u qarşılaşacaq. Bakı vaxtı ilə saat 23:00-da başlanacaq oyunu polşalı referi Şimon Martsinyak idarə edəcək. 


Qeyd edək ki, bu görüşün qalibi finalda İspaniya "Sevilya"sı ilə üz-üzə gələcək. "Sevilya" yarımfinalda İngiltərə "Mançester Yunayted"ini üstələyib - 2:1. Həlledici qarşılaşma avqustun 21-də Kölndə olacaq. 

Xəbər lenti

Çox oxunanlar