Xəzər Xəbər

"Sevilya" XXI əsrdə ən çox finala yüksələn komanda oldu

İdman | 11:44 • 17 Avqust 2020
"Sevilya" XXI əsrdə ən çox finala yüksələn komanda oldu

İspaniyanın "Sevilya" komandası XXI əsrdə avrokubokların finalına ən çox vəsiqə qazanan komanda olub. 


Əndəlusiyalılar buna UEFA Avropa Liqasının yarımfinalında İngiltərə "Mançester Yunayted"ini 2:1 hesabı ilə məğlub etdikləri görüşdə yiyələnib. 


"Sevilya" 2006 - 2016-cı illərdə beş dəfə Avropa Liqasının, eyni sayda UEFA Super Kubokunun finalında oynayıb. 


Komanda bunadək 2002, 2014, 2016, 2017 və 2018-cı illərdə UEFA Çempionlar Liqasını qazanan "Real Madrid"lə eyni pilləni bölüşüb. Madrid təmsilçisi həmin illərdə UEFA Super Kubokunda da mübariazə aparıb. 


2000/2001 mövsümündən bəri İngiltərə "Liverpul"u qitə finallarında ən çox iştirak edən üçüncü klubdur. Mersisayd təmsilçisi 4 dəfə Çempionlar Liqasının, iki dəfə Avropa Liqasının, 3 dəfə isə UEFA Super Kubokunun finalında oynayıb. 


İspaniyanın iki klubu - "Barselona" və "Atletiko" avrokuboklarda hərəyə 8 dəfə finalda çıxış ediblər. 


Qeyd edək ki, "Sevilya" avqustun 21-də Avropa Liqasının finalında "İnter" (İtaliya) - "Şaxtyor" (Ukrayna) cütünün qalibi ilə üz-üzə gələcək. /report

Xəbər lenti