Xəzər Xəbər

Əmrə Can Almaniyaya qayıdır

İdman | 13:38 • 28 Yanvar 2020
Əmrə Can Almaniyaya qayıdır

"Yuventus"da əsas heyətə düşməkdən çətinlik çəkən Əmrə Can Dortmund "Borussiya"sına keçməyə yaxındır.

"La Gazetta dello Sport" xəbər verir ki, Almaniya millisinin üzvü Dortmund təmsilçisi ilə müqavilənin şərtlərində razılıq əldə edib. Klublar transfer məbləğində razılaşandan sonrakeçid rəsmiləşəcək.

"Yuventus" 26 yaşlı yarımmüdafiəçini ən azı 25-30 milyon avroya satmağı düşünür. "Borussiya"nın təklifi isə 20 milyon avrodur. Tərəflərin tezliklə bu məsələni çözəyi gözlənilir.

Əmrə Can bu mövsüm 8 oyun keçirib.

Türkiyə əsilli oyunçu Münhen "Bayern"ində yetişib və 2013-cü ildə "Bayer"ə 5 milyon avroya transfer olub. "Liverpul" 1 il sonraonu 12 milyon avroya heyətinə qatıb. Əmrə 2018-ci ilin yayında azad agent statusu ilə "Yuventus"a keçib.


Xəbər lenti