"Sevilya"nın yarımmüdafiəçisi Ever Baneqa yeni mövsümdən karyerasını Səudiyyə Ərəbistanın "Əl-Şabab" klubunda davam etdirəcək.
Argentinalı futbolçu ərəblərlə anlaşdığını açıqlayıb. Onun əndəlüsiyalılarla müqaviləsi mövsümün sonunda başa çatır. Bu səbəbdən də Baneqa "Əl-Şabab"a azad agent statusu ilə keçəcək. Təcrübəli oyunçu yeni klubu ilə 3 illik anlaşdığını deyib.
31 yaşlı futbolçu bu mövsüm 23 oyuna 2 qol vurub, 7assist edib.
Argentina millisinin üzvü "Boka Xuniors", "Valensiya", "Atletiko" (Madrid), "İnter" kimi klublarda çıxış edib.