Xəzər Xəbər

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti vəzifəsindən kənarlaşdırılıb

İdman | 12:05 • 23 Yanvar 2020
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti vəzifəsindən kənarlaşdırılıb

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (İWF) prezidenti Tamaş Ayan vəzifəsindən kənarlaşdırılıb.


Bunu Rusiya Ağırlıqqaldırma Federasiyasının prezidenti Maksim Aqapitov açıqlayıb.


O bildirib ki, T.Ayan tutduğu vəzifədən 90 gün müddətinə uzaqlaşdırılıb. Bu, İWF-dəki daxili araşdırmalarla bağlıdır.


ARD telekanalının lentə aldığı filmdə T.Ayan "korrupsiya mədəniyyəti” yaratmaqda və onilliklər boyu dopinqin nəticələrini saxtalaşdırmaqda ittiham olunub.


M.Aqatipov bu qərarı qurum başçısının özünün verdiyini qeyd edib: "Prezident özü 90 günlük kənarlaşdırıb. Qurumun İcraiyyə Komitəsi müvəqqəti prezident kimi ABŞ-dan olan Ursula Papandreanı təsdiqləyib. Araşdırma ilə bağlı xüsusi komissiya yaradılıb”.


Qeyd edək ki, 80 yaşlı T.Ayan 1970-ci ildən İWF-də çalışır və 2000-ci ildən təşkilatın prezidentidir.

Xəbər lenti