Dünyanın ən güclü futbol liqalarının siyahısı açıqlanıb.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) hər il olduğu kimi yenə ötən ilin 100 ən yaxşı çempionatını müəyyənləşdirib.
Artıq neçə illərdir "Top-100”də yer alan Azərbaycan Premyer Liqası cədvəldən kənar qalmayıb. Çempionatımız dünyanın 54-cü ən güclü liqasıdır.
Azərbaycan Premyer Liqasının hesabında 349 xal var. 2018-ci ilin ötən il açıqlanan yekunlarında çempionat yalnız 70-ci idi. Bir ildə liqamız 14 pillə irəliləyişə nail olub.
Ölkə çempionatı İran, həmçinin milyonlarla dollarlıq transferlərə malik ABŞ və Qətər liqalarını da arxada qoyur.
Siyahıya isə İngiltərə Premyer Liqası başçılıq edir. Dünyanın ən güclü çempionatının 1287 xalı var. Futbolun yaradıcıları bir il əvvəl 2-ci yerdə idi.
Braziliya 1165 xalla ikincidir. Zirvəni əldən verən İspaniya La Liqası 1141 xalla üçüncü sırada yer alıb.
Qonşu Türkiyə çempionatı isə 8 pillə geriləyib. Super Liqa dünyada 28-cidir.
yer | 2018 | liqa | xal |
1 | ( 2 ) | İngiltərə | 1287 |
2 | ( 3 ) | Braziliya | 1165 |
3 | ( 1 ) | İspaniya | 1141 |
4 | ( 5 ) | İtaliya | 939 |
5 | ( 4 ) | Kolumbiya | 849 |
6 | ( 10 ) | Portuqaliya | 834 |
7 | ( 7 ) | Fransa | 818 |
8 | ( 15 ) | Niderland | 790,5 |
9 | ( 6 ) | Argentina | 776 |
10 | ( 8 ) | Almaniya | 765,5 |
11 | ( 11 ) | Paraqvay | 755,5 |
12 | ( 9 ) | Şotlandiya | 747,5 |
13 | ( 12 ) | Belçika | 696,5 |
14 | ( 28 ) | Ekvador | 686 |
15 | ( 30 ) | Tunis | 664,5 |
16 | ( 25 ) | Rumıniya | 632 |
17 | ( 27 ) | Mərakeş | 629,5 |
18 | ( 22 ) | Xorvatiya | 618 |
19 | ( 18 ) | Yunanıstan | 616,5 |
20 | ( 29 ) | Serbiya | 605 |
21 | ( 26 ) | Meksika | 600 |
22 | ( 13 ) | Kipr | 586 |
23 | ( 21 ) | Çexiya | 571 |
24 | ( 14 ) | Avstriya | 561 |
25 | ( 23 ) | Ukrayna | 542 |
26 | ( 17 ) | Rusiya | 538,5 |
27 | ( 15 ) | Danimarka | 533,5 |
28 | ( 20 ) | Türkiyə | 523,5 |
29 | ( 24 ) | İsrail | 521,5 |
30 | ( 19 ) | Cənubi Koreya | 520,5 |
( 33 ) | Misir | 520,5 | |
32 | ( 52 ) | Səudiyyə Ərəbistanı | 518 |
33 | ( 42 ) | İsveç | 477 |
34 | ( 34 ) | Uruqvay | 447 |
35 | ( 32 ) | Konqo D.R. | 444,5 |
36 | ( 36 ) | Bolqarıstan | 437 |
37 | ( 46 ) | Yaponiya | 434 |
38 | ( 41 ) | Boliviya | 433 |
39 | ( 44 ) | Çin | 428,5 |
40 | ( 59 ) | Macarıstan | 425,5 |
41 | ( 53 ) | Venesuela | 425 |
42 | ( 31 ) | İsveçrə | 411 |
43 | ( 40 ) | Qazaxıstan | 410 |
44 | ( 38 ) | Norveç | 409 |
45 | ( 37 ) | Belarus | 397 |
46 | ( 66 ) | Şimali İrlandiya | 389 |
47 | ( 54 ) | Peru | 383 |
48 | ( 57 ) | Anqola | 382,5 |
49 | ( 48 ) | Sloveniya | 376 |
50 | ( 50 ) | CAR | 371,5 |
51 | ( 55 ) | Gürcüstan | 368 |
52 | ( 55 ) | Polşa | 364,5 |
53 | ( 67 ) | Çili | 361,5 |
54 | ( 43 ) | Slovakiya | 351 |
55 | ( 35 ) | Zambiya | 349,5 |
56 | ( 70 ) | AZƏRBAYCAN | 349 |
57 | ( 77 ) | Nigeriya | 346,5 |
58 | ( 46 ) | Əlcəzair | 346 |
59 | ( 62 ) | Estoniya | 345 |
60 | ( 51 ) | İran | 344,5 |
61 | ( 64 ) | Latviya | 340 |
62 | ( 65 ) | İrlandiya | 331,5 |
63 | ( 45 ) | Sudan | 317 |
64 | ( 63 ) | Qvatemala | 316 |
65 | ( 61 ) | Kosta-Rika | 312 |
66 | ( 68 ) | ABŞ | 301,5 |
67 | ( 72 ) | Özbəkistan | 292,5 |
68 | ( 39 ) | Qətər | 287 |
69 | ( 69 ) | Albaniya | 285 |
70 | ( 74 ) | Finlandiya | 282 |
71 | ( 49 ) | Litva | 279,5 |
72 | ( 75 ) | Moldova | 275 |
73 | ( 60 ) | Tailand | 271,5 |
74 | ( 71 ) | Honduras | 266 |
75 | ( 79 ) | İraq | 264,5 |
76 | ( 58 ) | BƏƏ | 261 |
77 | ( 73 ) | Şimali Makedoniya | 256 |
( 78 ) | Nikaraqua | 256 | |
79 | ( 76 ) | Kamerun | 238 |
80 | ( 96 ) | Ermənistan | 236,5 |
81 | ( 84 ) | Lüksemburq | 220,25 |
82 | ( 92 ) | Qvineya | 218,75 |
83 | ( 80 ) | İslandiya | 216,5 |
84 | ( 85 ) | Keniya | 214,5 |
85 | ( 104 ) | Vyetnam | 211,75 |
86 | ( 86 ) | Tanzaniya | 191 |
87 | ( 113 ) | Zimbabve | 181,25 |
88 | ( 101 ) | Uels | 177,5 |
( 115 ) | Monteneqro | 177,5 | |
90 | ( 116 ) | Farer adaları | 169 |
90 | ( 94 ) | Salvador | 168,25 |
92 | ( 99 ) | İndoneziya | 167,75 |
93 | ( 83 ) | Konqo | 162 |
94 | ( 98 ) | KXDR | 161 |
95 | ( 88 ) | Bosniya və Herseqovina | 160,5 |
96 | ( 90 ) | Kosovo | 157,25 |
97 | ( 159 ) | Benin | 156,25 |
98 | ( 87 ) | Ruanda | 155,5 |
99 | ( 97 ) | Uqanda | 152 |
100 | ( 126 ) | Panama | 150,25 |