Almaniya millisinin sabiq hücumçusu Lukaş Podolski Yaponiyanın "Vissel Kobe” klubundan ayrılıb.
Polşa əsilli forvard Türkiyəyə qayıdıb. 34 yaşlı futbolçu Super Liqa təmsilçisi "Antalyaspor"la anlaşıb. Təcrübəli futbolçu müqavilə imzalamaq üçün Türkiyəyə gəlib.
"Köln”ün yetirməsi "Bayern”, "Arsenal”, "İnter”, "Qalatasaray” kimi klublarda çıxış edib. Podolski 2017-ci ildən "Vissel Kobe”də oynayırdı.