Arda Turanın "Qalatasaray"a keçidi rəsmiləşir.
Türkiyənin "Sabah" qəzeti xəbər verir ki, baş məşqçi Fatih Terimin israrından sonra rəhbərlik futbolçu ilə danışıqlara başlayıb. Tərəflər razılıq əldə olunub.Ardanın transferi bu gün və ya sabah rəsmən açıqlanacağı iddia olunur.
Qeyd edək ki, Arda müqavilə ilə "Barselona"ya məxsus olsa da, icarə əsasında "Başakşəhər"də çıxış edirdi.
O, bir neçə gün əvvəl Super Liqa klubu ilə yollarını ayırıb. Futbolçunun Braziliyada çıxış etmək variantı da var.