Xəzər Xəbər

Poçettino işləmək istədiyi 2 ölkəni açıqladı

İdman | 15:39 • 16 Yanvar 2020
Poçettino işləmək istədiyi 2 ölkəni açıqladı

"Tottenhem”in sabiq baş məşqçisi Mourisio Poçettino gələcək planları ilə bağlı danışıb.


Poçettino karyerasını İngiltərə və İspaniyada davam etdirmək niyyətinin olduğunu bildirib:


"Növbəti iş yerimi hansı ölkədə görürəm? İngiltərə və İspaniyada. Bəxtim gətirmişdi ki, karyeramı İspaniyada – "Espanyol”da başlamışdım. Sonra isə İngiltərəyə gəldim, burda ingilis dilini və fərqli mədəniyyəti öyrəndim. Futbol burda – İngiltərədə doğulub. Amma La Liqada heyrətamiz futbol və heyrətamiz məşqçilər var. Bu gün La Liqa futbolçu və məşqçilərin etalonu hesab olunur. Bunu, son 20 ildə dünyada oynanılan futbol da sübut edir”.


Mourisio2014-cü ildən çalışdırdığı "Tottenhem”dən ötən ilin noyabrında istefaya göndərilib.

Xəbər lenti

Çox oxunanlar