İtaliya A Seriyasının 19-cu turunda "Roma" ilə matçda diz bağları qopan "Yuventus"un futbolçusu Merih Demiral əməliyyat edilib.
Turin təmsilçisi 21 yaşlı futbolçu sol dizindən uğurlu əməliyyat olunduğunu yazıb. Klub saytı türkiyəli futbolçunun 6-7 ay yaşıl meydanlardan kənar qalacağını açıqlayıb.
Demiral zədəyə görə Avropa çempionatında Türkiyə millisinə kömək etməyəcək.