"Tottenhem” rəhbərliyi komandanın baş məşqçisi Maurisio Poçettinonun fəaliyyətindən razı deyil.
"The Telegraph” xəbər verir ki, Premyer Liqada ardıcıl beş oyundur ki, qələbə qazana bilməyən London təmsilçisi noyabrın 23-də "Vest Hem"lə səfər oyununda da xal itirsə, argentinalı mütəxəssis istefaya göndəriləcək.
Hazırda turnir cədvəlində 14 xalla 14-cü pillədə qərarlaşan komanda Çempionlar Liqasına vəsiqə verən yerdən çox uzaqdadır.
Qeyd edək ki, Poçettino 2014-cü ildən "Tottenhem”i çalışdırır. Onun müqaviləsi ötən il yenilənib. Sözləşmədəki bəndə əsasən çalışdırıcı istefaya göndərilsə, klub ona 14 milyon avro təzminat ödəməlidir.
Fanat.Az