"Yuventus" Qonsalo İquainlə müqaviləni yeniləyəcək.
Bu barədə Turin klubunun idman direktoru Fabio Paratiçi bildirib. Onun sözlərinə görə, 31 yaşlı argentinalı forvardla yeni sözləşmə imzalamağa yaxındılar.
İquainin hazırkı müqaviləsinin müddəti 2021-ci ilin iyununda baş çatır.
"Yuventus" İquaini 2016-cı ilin yayında "Napoli"dən 90 milyona avroya alıb. Təcrübəli hücumçu ötən mövsüm icarə əsasında İtaliyanın "Milan" və İngiltərənin "Çelsi" klublarının formasını geyinib.