Yaponiyanın "Vissel Kobe" üzvü David Vilya karyerasını başa vurmağa qərar verib.
37 yaşlı forvard İspaniya mətbuatına açıqlamasında 19 illik peşəkar karyerasına 2020-ci ilin yanvar ayında son qoyacağını deyib.
İspaniya millisinin sabiq üzvüyanvarın 1-i "Vissel Kobe” ilə "İmperator kuboku"nu qazanmaq üçün son dəfə meydana çıxacağını bildirib.
Qeyd edək ki, Vilya "Sportinq" (Xixon), "Saraqosa", "Valensiya", "Barselona", "Atletiko" və "Nyu-York Siti" kimi klublarda çıxış edib. O, İspaniya millisi ilə Avropa və dünya çempionu olub.
Fanat.Az