Rahim Sterlinq İngiltərə millisinin heyətindən kənarlaşırılıb.
"Mançester Siti"nin üzvü millinin düşərgəsində "Liverpul"un müdafiəçisi Co Qomeslə dalaşdığı üçün heyətdən çıxarılıb. "Mançester Siti”nin heyətində İngiltərə Premyer Liqasının XII turunda "Liverpul”a səfərdə 1:3 hesabı ilə uduzduqları görüşdə 22 yaşlı müdafiəçi ilə mübahisə edən Sterlinq bunu yığmanın düşərgəsində də davam etdirib. Sterlinq baş verənlərdən sonra üzr istəyib.
Qeyd edək ki, İngiltərə millisi "AAVRO-2020"nin seçmə mərhələsi çərçivəsində noyabrın 14-də Monteneqro ilə qarşılaşacaq.
Fanat.Az