"Qalatasaray” daha bir futbolçusunu itirib.
Türkiyə mediası xəbər verir ki, komandanın aparıcı üzvlərindən olan Florin Andone "Qaziantep"ə 2:0 hesabı ilə qalib gəldikləri oyunda zədələnib. 26 yaşlı rumın hücumçu minimum 10-12 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, "Qalatasaray"da Andonedən başqa Radamel Falkao, Emre Akbaba, Şener Özbayraklı və Yunes Belhanda zədəlidi.
Fanat.Az