Noyabrın 10-da futbol üzrə İngiltərə Premyer Liqasının 12-ci turunun mərkəzi qarşılaşması keçirilib.
Xezerxeber.az xəbər verir ki, iki əzəli rəqib "Liverpul” və "Mançester Siti” komandaları üz-üzə gəliblər.
Gərgin və hüçumlarla bol olan görüşdə meydan sahibləri - "Liverpul” 3:1 hesabı ilə qalib gəlib.
Oyunda hesabı 6-cı dəqiqədə erkən qolla "Liverpul” açıb. Qurulan əks hüçumu Fabinyo uzaq məsafədən dəqiq zərbə ilə tamamlayıb - 1:0. Qoldan 11 dəqiqə sonra "Liverpul” hesab arasındakı fərqi iki topa çatdırıb. Endi Robertsonun cinah ötürməsindən sonra Məhəmməd Salah başla bir başa uzaq küncü nişan alaraq komandasının ikinci qolunu vurub - 2:0.
Fasiləyə komandalar "Liverpul”un 2:0 hesablı üstünlüyü ilə yollanıb.
Qarşılaşmanın ikinci hissəsində Mersessayd təmsilçisi yenidən qol vurmağa nail olub. Bu dəfə də qol cinah ötürməsindən sonra vurulub. "Liverpul”un seneqallı hücumçusu Sadio Manenin baş zərbəsi dəqiq olub - 3:0. Bu qoldan sonra təsəlli qol vurmağa irəli atılan "şəhərli”lər fərqlənməyə bacarıb. Matçın 78-ci dəqiqəsində Bernardo Silva adını tabloya yazdırıb - 3:1.
Görüş bu hesabla başa çatıb.
Vacib qələbə qazanan "Liverpul” xalların sayını 34-ə çatdıraraq turnir cədvəlində "Çelsi” və "Lester Siti”dən 8, "Mançester Siti”dən isə 9 xal irəli keçib.
On ikinci turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:
"Norviç Siti” - "Vatford” - 0:2;
"Çelsi” - "Kristal Palas” - 2:0;
"Börnli” - "Vest Ham” - 3:0;
"Nyukasl Yunayted” - "Bormunt” - 2:1;
"Southempton” - "Everton” - 1:2;
"Lester Siti” - "Arsenal” - 2:0;
"Mançester Yunayted” - "Brayton” - 3:1;
"Volverhemton” - "Aston Villa” - 2:1.