Noyabrın 10-da futbol üzrə Türkiyə Superliqasının XI turu çərçivəsində keçirilən qarşılaşmada "Beşiktaş" doğma meydanda "Denizlispor"u minimal hesabla məğlub edib.
Xezerxeber.az xəbər verir ki, "Vodafon" arenada keçirilən görüşdə yeganə qolu İstanbul klubunun hücumçusu Georges-Kevin Nkoudou vurub.
Günün digər qarşılaşmasında isə "Trabzonspor" doğma divarlar arasında "Alanyaspor"a minimal hesabla qalib gəlib.
"Başakşəhər" isə "Ankaragücü"nü sınağa çəkib. Görüş istanbulluların 2:1 hesablı qələbəsi ilə bitib. "Göztəpə" – "Malatyaspor" matçında isə qalib müəyyənləşməyib -1:1.
Yekun nəticələrə görə turnir cədvəlinə "Sivasspor" 21 xalla liderlik edir. "Fənərbağça" 20 xalla ikinci, "Trabzonspor" isə 19 xalla üçüncü pillədə qərarlaşıb.