"Qalatasaray"ın baş məşqçisi Fatih Terim yanvarda istefa verə bilər.
Bu barədə "Akşam" qəzeti məlumat yayıb.
İddiaya görə, Fatih Terim yanvarda istədiyi oyunçular alınmayacağı halda istefa verəcək. Onun hətta istefa ərizəsini yazdığı da bildirilir.
Bildirilir ki, Fatih Terim təcrübəli oyunçuların alınmasından narazıdı və gələcəyə yatırım edərək gənclərin alınmasını istəyir. Klub rəhbərliyinin isə bütün transferlərdə iki türk menecerə səlahiyyət verməsindən, onun tələblərinin nəzərə alınmamasından və klub skautlarının görməməzlikdən gəlinməsindən narazıdı.
Fanat.Az